Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, bu haqda "BBC News"a Rakkadakı etibarlı mənbə məlumat verib.
"İŞİD terror təşkilatının əsas bazası sayılan Rakka şəhərinə gün ərazində Rusiya və Suriya aviasiyasının endirdiyi 15 ağır hava zərbəsinə baxmayaraq qruplaşmaya son ay ərzində elə də ciddi zərər dəyməyib. Xüsusən son günlər endirilən zərbələrdən daha çox dinc əhali zərər çəkib. İŞİD terrorçuları isə yenə də əvvəlki kimi təlimlər keçir, sıralarını möhkəmləndirir və yenidən qruplaşırlar", deyə İŞİD terror təşkilatının "paytaxtındakı" mənbə "BBC News"a bildirib.
Xatırladırıq ki, Rusiya Hərbi hava qüvvələri sentyabr ayının 30-dan başlayaraq ölkənin qərbindəki Hmeymim hərbi bazasından İŞİD terror təşkilatının nəzarətində olan bölgələrə mütəmadi hava zərbələri endirirlər. Rusiyanın hava eskadriliyasına 50 ədəd hərbi təyyarə və döyüş helikopteri daxildir.