İŞİD-ə ağır zərbə — 365 meyit aşkar edilib

İŞİD-ə ağır zərbə — 365 meyit aşkar edilib
  • DÜNYA

İŞİD xeyli itki verib
Aktual.az "The Straits Times"a istinadən xəbər verir ki, İraq silahlı qüvvələrinin nümayəndələri ölkənin şimalına yerləşən Bəyci şəhərində 19-dan çox dəfn yerlərinin aşkar etdiklərini bəyan ediblər.

Qəbirlərdə İŞİD terror təşkilatı üzvlərinə aid 365 meyitin aşkar edildiyi bildirilib.

Zabitlərdən birinin sözlərinə görə, meyitlərin bir çoxu kütləvi qəbirlərdə olub. O əlavə edib ki, bəzi meyitlər ərazinin yaxınlığında tapılıb. Hərbçi onların nə zaman basdırıldığını bildirməyib.

Qeyd edək ki, 19 oktyabrda iraq hərbçiləri terrorçuların nəzarətində olan Bəyci şəhərini azad ediblər. Şəhər uğrunda döyüşlər 14 oktyabrda başlayıb.

İŞİD-in məşhur komandiri öldürüldü

Bu şəhər Mosuldan 150 km aralıda yerləşir. Mosul isə 2014-cü ilin iyununda İŞİD-çilərin əlinə keçib.

Xatırladaq ki, bir müddət öncə İraq Şam İslam Dövlətinin (İŞİD) Kərkük şəhəri üzrə məşhur hərbi komandiri öldürülüb. “Əbu Zübeyr” ləqəbli İbrahim Xəlilin İraqın şimalındakı Riyaz mahalında öldürüldüyü bildirilib.

Koalisiya qüvvələrinin hava hücumu zamanı Xəlilin 4 mühafizəçisinin də məhv edildiyi qeyd edilib.

Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR