İŞİD-dən yeni qadağa – Televizora baxmaq olmaz!

İŞİD-dən yeni qadağa   – Televizora baxmaq olmaz!
  • DÜNYA

İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının rəhbərləri öz yaraqlılarına televizora baxmağı qadağan edib.

Bu barədə Aktual.az AzVision.az-a istinadən xəbər verir.

Məlumata əsasən bu barədə tapşırıq yaraqlıların İŞİD fəaliyyətini tənqid edən xarici telekanallar baxmasını məhdudlaşdırılmaq üçün verilib. Bundan əlavə, terror təşkilatının üzvlərinə televizorları almaq, satmaq və təmir etmək də qadağan edilir.
Qadağanın tətbiq edilməsi üçün komandirlərə yaraqlıların evinə baxış keçirmək və aşkarlandığı təqdirdə müxtəlif televiziya qurğuları – resiverlər, antena və digər qurğuların məhv edilməsi tapşırılıb.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR