İŞİD-dən ruhlanıb anasını doğradı - FOTO

İŞİD-dən ruhlanıb anasını doğradı - FOTO
  • DÜNYA

Danimarkada 15 yaşlı bir qız gecə səhərədək baxdığı İŞİD videolarından ruhlanaraq anasını bıçaqlayaraq öldürüb. Olayla bağlı məhkəmə prosesi dünən başa çatıb.
Milli.Az AHT-yə istinadən bildirir ki, 15 yaşlı Laysa Borx Britaniya vətəndaşları Deyid Heyns və Alan Henninqin İŞİD terrorçuları tərəfindən edam olunaraq başlarının kəsildiyi videoları gecə səhərədək dəfələrlə seyr edib. Səhər saatlarında o, mətbəxə, anasının yanına yollanıb və qadına 20 bıçaq zərbəsi vurub.
 
Polisdən verilən məlumata görə, Layza İŞİD-in fanatı olub.
 
Onun anasını öldürməsinin səbəbi isə "eşq" olub.
 
Danimarkadakı Kvissel kəndində yaşayan bu qız 29 yaşlı iraqlı Bəxtiyar Məhəmməd Abdullanı sevirdi.
 
Anası isə Layzanın bu şəxslə görüşməsinə qəti etiraz edirdi.
 
Layzanın Abdulladan əvvəlki sevgilisi də müsəlman idi.
 
"Abdulla İraqdan Danimarkaya qaçıb və Kvisselin yaxınlığındakı miqrant düşərgəsində yaşayır. Layzanın əvvəlki sevgilisi Suriya vətəndaşı idi. Lakin dörd ay əvvəl o, Layza ilə əlaqələri kəsib, İsveçə yollanıb. Layza anasını bıçaqlayanda onun sevgilisi Abdulla otaqda olub və qətli soyuqqanlıqla müşahidə edib.
 
Layzanın bacısı məhkəmədə bildirib: "Bacım radikal islamçılığa mübtəla olmuşdu. Anamla onun arasında bitmək bilməyən mübahisələr, dava-dalaş məni bezdirmişdi və buna görə də evi tərk etmişdim".
Anasını öldürəndən sonra Layza polisə zəng vuraraq deyib: "Anam mətbəxdə qan içindədir. Bir neçə dəqiqə əvvəl isə evimizdən bir kişinin qaçdığını gördüm".
Polislər evə gələndə Layzanın smartfonla oynadığını, laqeyd davrandığını görüblər. "Anan haradadır?" sualını eşidəndə isə qız başının hərəkəti ilə ikinci mərtəbəni göstərib.
Həmin axşam o, gecəyədək kompüterdə oyun oynayıb.
Layzanın sevgilisi ilə birlikdə İŞİD-ə qoşulmaq üçün Suriyaya getmək fikrində olduğu da aşkarlanıb.
Məhkəmənin qərarı ilə Layza Borx 9, onun sevgilisi Bəxtiyar Məhəmməd Abdulla isə 13 il müddətinə azadlıqdan məhrum olunublar. Abdullanın həbs müddəti başa çatan kimi o, Danimarkadan deportasiya ediləcək.
Xəbər 646 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR