İŞİD-dən dünya ölkələrinə daha bir mesaj - VİDEO

İŞİD-dən dünya ölkələrinə daha bir mesaj   - VİDEO
  • DÜNYA

"Vallahi, bizə zərbələr endirən bütün ölkələri Fransanın taleyi gözləyir.

Belə ölkələrin rəhbərləri Parisdə baş verənlərə baxsınlar, dərs alsınlar. Bizə qarşı, müsəlmanlara qarşı yeni səlib yürüşünə çıxmış bütün ölkələr və şəxslər cavablarını alacaqlar. Vallahi, Amerikanı ürəyindən vuracaq, Vaşinqtona zərbələr endirəcəyik. Eynən Parisi vurduğumuz kimi".

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı yeni video yayaraq bu dəfə ABŞ-ı hədələyib.

Aktual.az Milli.Az-a istinadən bildirir ki, terrorçular yeni hədəflər qismində ABŞ ilə yanaşı, İran və Fransanı da seçdiklərini deyiblər.

Onların sözlərinə görə, Fransada "daha bir qisas aksiyası" törədiləcək.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Brennanın dediyinə görə, terrorçuların hədələrinə laqeyd yanaşmaq olmaz: "Bu insanlar həqiqətən də Qərb ölkələrini, demokratiyanı hədəfə alıblar və onların dediklərini ciddi qəbul etmək gərəkdir. Terror təhlükəsini azaltmaq üçün bütün zəruri tədbirləri görürürk və müvafiq addımlar bundan sonra da atılacaq".

Xəbər 640 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR