"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması Əfqanıstanda daha bir "edam" gerçəkləşdirib.
Aktual.az Milli.Az-a istinadən bildirir ki, 4 kişi, iki qadın və 6 aylıq körpənin başları kəsilib.
Zabul vilayətində başları bədənlərindən ayrılmış bu insanların hamısı xəzərlərdir.
Əfqanıstan prezidenti Əşrəf Qəni bu teraktı "insanlığa qarşı yönəlmiş vəhşilik" adlandırıb və qatillərin cəzalandırılacağını vəd edib.
Aktual.az