“İslam Dövləti” (İŞİD) terror qruplaşmasının yaraqlılarının sıralarında ən azı 16 HİV yoluxması qeydə alınıb. Bu barədə Daily Mail yazıb.
Aktual.az oxu.az-a istinadən xəbər verir ki, yaraqlıların xarici muzdlulardan ibarət olan bir hissəsi yerli xəstəxanaya karantinə yatırılıb, eyni zamanda qruplaşmanın liderləri HİV-ə yoluxmuş yaraqlıları kamekadze olmağa məcbur ediblər.
İnfeksiyanın yayılmasına səbəb onların çoxunun narkotik asılılığından əziyyət çəkməsi, eləcə də işğal edilmiş ərazilərdə çoxarvadlılığın praktikadan keçirilməsi və seksual kənizlərin olmasıdır.