İŞİD terror təşkilatı Hələb ətrafında əks-hücuma keçib.
Aktual.az ölkə.az-a istinadən bildirir ki, İŞİD terror təşkilatının yaraqlılarının hücumu nəticəsində 95 rejim əsgəri öldürülüb.
Məlumata görə, Hələb yaxınlığındakı Hanasira bölgəsinin yaşayış məntəqələri bu şəhərə gedən strateji yolun üzərindədir.
İŞİD-in əks-hücumu və Suriya ordusunun əsgərlərinin öldürülməsi xəbərini rəsmi mənbələr də təsdiqləyiblər. Həmçinin İŞİD terror təşkilatının ələ keçirdiyi ordu qərargahından çox sayda silah-sursat götürdüyü də bildirilir.