İŞİD terror təşkilatı işğal etdiyi ərazilərdə qiymətli tarixi abidələri məhv etməkdə davam edir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu dəfə İŞİD Suriyanın Palmira şəhərində 2 minillik məbədi havaya uçurub.
Suriya müxalifətinə yaxın olan və mərkəzi ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı İŞİD-in antik şəhərdə Bel məbədini dağıtdığını bildirib. Məbəd eramızın birinci əsrində tikilmişdi.
Palmira BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Dünya Mirası siyahısında yer alır.
İŞİD bu ayın əvvəlində Suriyanın Karyatayn şəhərində 1600 yaşı olan Əziz Elian monastırını buldozerlərlə yıxıb. Terror təşkilatı bu hərəkətini monastırda Tanrı ilə yanaşı Əziz Eliana sitayiş olunması ilə izah etmişdi.
/ Aktual.az