Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) təxminən iki həftə əvvəl Yekaterinburq şəhərində nəzarətə alınan 7 İŞİD terrorçusunu paytaxt Moskvaya gətirib.
Aktual.az axar.az-a istinadən bildirir ki, bu barədə RİA agentliyi məlumat yayıb.
Xəbərə görə, terrorçular xidmətin baş idarəsində dindiriləcək. Lakin onların kimliyi barədə məlumat verilməyib.
Xatırladaq ki, fevralın 8-də saxlanılan terrorçular Türkiyədən Rusiyaya keçib. Onların Rusiya və Orta Asiya ölkələrinin vətəndaşları olduğu təxmin edilir.