İŞİD-çilər ən azı 65 nəfəri edam ediblər

İŞİD-çilər ən azı 65 nəfəri edam ediblər
  • DÜNYA

"İslam dövləti” yaraqlıları Mosulun cənubunda ən azı 65 nəfəri edam ediblər. 

Aktual.az Oxu.Az-a istinadən  xəbər verir ki, bu barədə "Reuters” kürd siyasətçisi Xoşiyar Zebariyə istinadən məlumat yayıb. 

Zebarinin sözlərinə görə, edam üç gün öncə həyata keçirilib. O, həmçinin əlavə edib ki, terrorçular onlara qarşı hərbi əməliyyat başladıqdan sonra Mosul ətrafındakı kəndlərin sakinlərini girov götürürlər. 

Naynava əyalətinin üzvü Abdul Rəhman əl-Vaqqaa öz növbəsində dəqiqləşdirib ki, edam edilənlərin əksəriyyəti İraq polisinin əməkdaşları və hökumət ordusunun əsgərləridir. 
 

Aktual.az 

Xəbər 324 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR