İŞİD terror qruplaşması Roma Papası Fransiski bir nömrəli düşmən elan edib.
Bu barədə ekstremistlərin Dabiq jurnalında məlumat verilir.
“Biz sənə Allahı tanımadığına görə nifrət edirik”, - jurnal terrorçuların Fransiskə ünvanladığı müracəitdən sitat gətirir.
Yaraqlılar həmçinin Papa Fransiski LGBT-yə dəstək verməkdə ittiham ediblər.
Nəşr qeyd edir ki, bundan əvvəl İŞİD Vatikana hücum və Roma Papasının qətlə yetirilməsinin planını əks etdirən video yayıb.
//Aktual.az