"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı yeni hədəflərini açıqlayıb.
Terror təşkilatı beynəlxalq antiterror koalisiyasına daxil olan 60 ölkədə "qisas" məqsədilə teraktlar təşkil edəcəyini bildirib.
Aktual.az Milli.Az-a istinadən bildirir ki, bunu İŞİD yaydığı yeni videoda bəyan edib.
Hədəfə alınmış ölkələr arasında Suriyadakı münaqişədə əsla iştirak etməyən dövlətlər, o cümlədən Litva, Moldova, Ukrayna və Polşa da var.