İŞİD terror təşkilatının üzvləri döyüş meydanından qaçan onlarla yaraqlını diri-diri basdırıb.
Bu barədə AzVision.az “ARA News”-a istinadən xəbər verir.
Ümumilikdə terror təşkilatının 45 üzvü edam olunub. Edam olunan şəxslər Başir yaşayış məntəqəsindən mövqelərini qoyub qaçdıqları üçün bu cəzaya məhkum ediliblər.
Onlar Kayyara şəhəri yaxınlığında edam olunublar.