"İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri Suriyanın Əl-Amiriyyə qəsəbəsində 45 nəfəri edam ediblər.
"Report" xəbər verir ki, bu barədə hərbi mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb. "Əl-Amiriyyə qəsəbəsində qırğın törədilib, hərbi şəhərciyə də hücum olub, 45 dinc sakin qətlə yetirilib", - deyə mənbə bildirib.
Əl-Amiriyyə qəsəbəsi Palmir şəhərindən 3 km məsafədə yerləşir. Şəhərin özü ziyan çəkməyib. Hazırda terrorçuların geri çəkildiyi qeydə alınıb. Qruplaşmaya müqavimət göstərmək üçün hadisə yerinə təqribən 500 əsgər cəlb olunub.
Aktual.az