İŞİD, Suriyanın şimalında yerləşən Menbic əyalətində oğurluq etmələri səbəbi ilə 4 üzvünü edam edib.
Aktual.az musavat.com-a istinadən xəbər verir ki, öldürülən İŞİD üzvləri qızıl və 22 min 700 dollar pul oğurlamaqda günahlandırılır.
Məlumata görə, oğurluq etmələri üzə çıxdandan sonra 4 nəfər Şəriət məhkəməsinə çıxarılıb.
Məhkəmə, onların haqqında ölüm qərarı çıxarıb.
Verilən məlumata görə, döyüşçülər Menbicdə yüzlərlə insanın gözü önündə edam edilib.
Aktual.az