İŞİD terror qruplaşmasının, Əl-Bab yaxınlığında qaçırdığı 2 türk əsgərinin diri-diri yandırdığı görüntüləri yayımladığı iddia edilir.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, indi bu yaşayış məntəqəsi uğrunda döyüşlər gedir. Türkiyə tərəfi çoxlu sayda İŞİD terrorçusunun məhv edildiyini açıqlayıb. Yandırılmamışdan qabaq əsgərlər videoda öz adlarını açıqlayır. Onlardan biri Fethi Şahin Əl-Babda, Sefer Taş ise Suriya sərhədində qaçırılmışdı.
Aktual.az
Xəbər 549 dəfə oxunub.