"İşəgötürənlərin xarici dil tələb etmələri doğru deyil" - Milli Məclis


İşəgötürmə zamanı CV-də xarici dilin əsas şərt kimi irəli sürülməsinə Milli Məclisin Sosial siyasət komitəsindən reaksiya gəlib.

Komitənin sədri Hadi Rəcəbli Modern.az saytına deyib ki, gənclərin xarici dil bilməsi onların üstünlüyüdür:

“Yaxşı olar ki, gənclərimiz kibertexnologiyanı, xarici dili yaxşı öyrənsinlər. Bu onların üstünlüyüdür. Hesab edirəm ki, bunlar vacib məsələlərdir”.

H.Rəcəbli dil bilməyin üstünlüyünü vurğulasa da, müsabiqə şərti kimi irəli sürülməsini doğru saymır:

“İşə qəbul zamanı peşəkarlıq, icra intizamı, təşəbbüskarlıq, mənəvi saflıq, sədaqət əsas göstəricilər olmalıdır. Bunlarla bərabər, xarici dil bilmək müsbət haldır. Amma bunun şərtlərin ən başında sadalanması doğru deyil”.

Xəbər 598 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR