İşə düzəlmək istəyənlər! - 2 min boş iş yeri var

İşə düzəlmək istəyənlər!   - 2 min boş iş yeri var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 284 əlilliyi olan şəxsi işlə təmin edilib. Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.
 
Onun sözlərinə görə, 128 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün nəzərdə tutulan kvota çərçivəsində işlə təmin olunub. Qeyd edək ki, kvota üzrə 665 müəssisə üzrə 2 minə yaxın boş iş yeri müəyyən edilib. Həmin vakansiyalar ın yarısı əlilliyi olan şəxslər üçündür.
 
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əlilliyi olan şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aid edilirlər. Nazirlər Kabinetinin “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası”na görə, idarə, müəssisə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün müəyyən edilən kvotanın 50 faizə yaxını əlilliyi olan şəxslər üçün nəzərdə tutulur. (virtualaz.org)
Xəbər 691 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR