Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti cari ilin yanvar-fevral aylarında vətəndaşların müraciətlərinin araşdırılması zamanı ümumilikdə 53 min 121 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, gecikdirilmiş sosial xarakterli ödənişlərin 76,2%-i əmək haqlarından, 19%-i sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub. Bu sahədə qanunvericilikdən irəli gələn məsələlərlə bağlı işəgötürənlərə izahatlar verilib.
Bununla yanaşı, son iki ayda işdən qeyri-qanuni şəkildə azad edilmiş 10 nəfərin qurum tərəfindən yenidən öz əvvəlki işinə bərpa olunması təmin edilib.