Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin sonuncu görüşü 9 saat davam edib. Görüşün nəticələrinə görə əsas məqamlar - dəmir yolunun haradan keçəcəyi, gömrük nəzarətinin necə aparılacağı ilə bağlı razılaşma var.
Aktual.az xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
"Bu, adi bir dəmir yolu olacaq. Heç kim heç bir şəkildə Ermənistanın suverenliyini şübhə altına almır. Bütün tərəflərdə maneələrin qaldırılmasına mümkün qədər tez başlamaq əhval-ruhiyyəsi var”,- o bildirib.
Qeyd edək ki, iyunun 2-də Moskvada üçtərəfli İşçi Qrupun iclası keçirilib. Tərəflər arasında Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.
Xəbər 445 dəfə oxunub.