İşğaldan azad olunmuş torpaqlarda xeyli sayda silah-sursat aşkar olunub.
Bu barədə
Aktual.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Qeyd olunub ki, həyata keçirilən tədbirlərlə 10-16 avqust tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən səkkiz avtomat silahı, iki tapança, səkkiz tüfəng, 29 qumbara, 24 alışdırıcı, iki mərmi, 15 süngü-bıçaq, 131 patron darağı, 3 480 ədəd müxtəlifçaplı patron və digər sursatlar tapılıb.
Eyni zamanda, Kəlbəcər rayonu ərazisindən bir avtomat silahı, altı qumbara, bir süngü-bıçaq, dörd patron darağı, 417 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən bir avtomat, bir tapança, iki tüfəng, üç mərmi, bir qumbara, bir patron darağı və 30 ədəd müxtəlifçaplı patron, Cəbrayıl rayonu ərazisindən bir avtomat silahı, bir tüfəng, üç patron darağı və 112 ədəd müxtəlif çaplı patron, Xocavənd rayonu ərazisindən iki avtomat silahı, bir süngü-bıçaq, dörd patron darağı və 102 ədəd müxtəlifçaplı patron aşkar edilərək götürülüb.
Bildirilib ki, işğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Xəbər 237 dəfə oxunub.