İşğaldan azad edilmiş kəndin yol tikintisinə 4,3 milyon manat ayrıldı

İşğaldan azad edilmiş kəndin yol tikintisinə 4,3 milyon manat ayrıldı

İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Aktual.az Azərtac-a istinadən xəbər verir ki, sərəncama əsasən, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 km olan avtomobil yolunun tikintisi məqsədi ilə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə "Respublikanın kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması” üçün nəzərdə tutulmuş vəsaitin 4,3 milyon (dörd milyon üç yüz min) manatı "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
 
Aktual.az
Xəbər 697 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR