"İşğalçı hərbi qüvvələr torpaqlardan çıxarılmalıdır" - Nazir


“İranlı həmkarımla cəbhədə baş verənləri müzakirə etdik. İran tərəfi də atəşkəsin əldə olunması üçün müəyyən cəhdlər edib və nəticəni yüksək qiymətləndirir”.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, İran və Rusiya XİN başçılarının üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

E. Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla ciddi iş apardıqlarını söyləyib: “Lavrovun keçən ilin ortasında irəli sürdüyü təkliflər üzərində işləyirik. Kimsə buna dondurulmuş münaqişə deyir. Amma bu, tez həllini tapmalı olan münaqişədir. Çünki insan itkisinə səbəb olur. Sülh yolu ilə həll çox vacibdir. Biz bu çərçivədə həlli dəstəkləyirik. Münaqişənin davam etdirilməsi qəbuledilməz haldır. Münaqişənin dondurulması insanlarda illüziya yarada bilər. Hamı bilməlidir ki, işğalçı hərbi qüvvələr torpaqlardan çıxarılmalıdır. Müharibə elə bir şeydir ki, hər iki tərəfə ziyan verir. Ermənistan silahlı qüvvələri torpaqlarımızı tərk etməlidir. Sonra digər məsələlər, monitorinqin aparılması, təhlükəsizlik məsələləri nəzərdən keçirilməlidir”.

Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR