İşğal edilmiş ərazilərdə 635 abidə dağıdılıb

İşğal edilmiş ərazilərdə 635 abidə dağıdılıb

"Ermənistanın işğal etdiyi ərazilərdə 13 dünya əhəmiyyətli, 292 milli əhəmiyyətli, 330 yerli əhəmiyyətli abidə dağıdılıb və ya istifadəyə yararsız hala salınıb.

804 qəbiristanlıq və 10 məscid talan və təhqir edilib, 40 min eksponatın saxlandığı 22 muzey və dörd rəsm qalereyası vəhşicəsinə yerlə-yeksan olunub. Dağıdılmış və yandırılmış 927 kitabxanada 4,6 milyon nüsxə kitab və qiymətli əlyazmalar məhv edilib".

Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə Müəllif Hüquqları Agentliyinin (MHA) illik hesabatında qeyd olunub. Hesabatda bildirilib ki, ötən il Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus Qarabağ atları ilə bağlı uydurmalar və təndirin ermənilər tərəfindən özününküləşdirilməsi, Azərbaycanın qədim milli rəqslərindən olan "Köçəri"nin erməni milli dəyəri kimi UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilməsi üçün məsələ qaldırılması ilə əlaqədar Agentliyin tarixi faktlara, elmi və etimoloji əsaslara və mənbələrə istinadla hazırladığı arayış və şərhlərdə erməni iddialarının əsassızlığı göstərilib.

Hesabatda qeyd olunub ki, Agentlikdə erməni saxtakarlıqlarını ifşa edən "Erməni yadelli nağılları" kitabı və "Gəldim, gördüm..., mənimsədim" kitabçası Azərbaycan, rus, ingilis və fransız dillərində təkrar nəşr edilib, "Erməni tarixi uydurmalarının tarixinə giriş", "Öz-özünü təkzib edən "erməniçilik müəlliflik hüququ" və "Əqli mülkiyyət: folklorun və ənənəvi biliklərin qorunması və erməni plagiatçılığı" kitabçaları çap olunub.

Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR