İsa Peyğəmbərin təsviri əks edilən 2000 illik kitabın orijinal olduğu sübut edildi
Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, Britaniyanın Surrey universitetinin fizika alimləri Rocer Uebb və Kris Ceynes üzərində İsa Peyğəmbərin portreti olan qurğuşundan hazırlanmış kitabın kimyəvi analizindən sonra bu qərara gəliblər.
Uzun müddət tarixi əsərin həqiqiliyini sübut etmək mümkün olmurdu. Ona görə də kitab saxta sayılırdı. Amma indi ekspertlər müəyyən ediblər ki, qurğuşunun tərkibi qədim Romada istifadə edilən qurğuşunun tərkibi ilə eynidir.
Kitabın iki min il əvvələ aid olduğu sübut edilib. Bundan başqa izotop analizi müəyyən edib ki, kitabın 20-21-ci əsrlərdə hazırlanma ehtimalı yoxdur.
Sözügedən kitab qurğuşun vərəqlərdən hazırlanıb və məftillə bir-birinə bərkidilib. Üzərində İsa Peyğəmbərin surəti olan kitab 2008-ci ildə bədəvilər tərəfindən tapılıb. Kitaba əsasən, İsanın təlimlərinin yeni din yox, qədim yəhudi dini adətlərinin bərpası idi.
Kitab səhifələrində verilən məlumata əsasən, İsa Peyğəmbər Süleyman məbədində dua edərkən Tanrı insanlara görünüb. Eyni zamanda İak, Pyotr və İoann kimi apostolların da adı kitabda qeyd edilib.
Aktual.az
Xəbər 579 dəfə oxunub.