İsa Peyğəmbərin sağ ikən sikkə üzərinə həkk olunmuş rəsmi mövcuddur.
Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, İncil tarixini araşdıran alim Ralf Ellisin iddiasına görə, diametri 24 millimetr olan saqqallı kişi İsa Peyğəmbərdir. Əslində bu sikkə tarixçilərə çoxdan məlumdur. Amma indiyədək sikkə üzərindəki təsvirin Mesopotamiyada yerləşən Edess hökmdarı İzas Manuya aid olduğu deyilirdi. Ellis iddia edir ki, hazırda Türkiyənin cənub-şərqində yerləşən qədim dövlətin hökmdarı elə İsa Peyğəmbər özü olub. O, 30 illik araşdırmalardan sonra belə cəsarətli və mübahisələrə yol açan qənaətə gəlib.
Qeyd edək peyğəmbərlər arasında ən çox İsanın təsviri incəsənətin hədəfi olub. Əksər rəssamlar müxtəlif dövrlərdə onun rəsmini çəkiblər. Bu şəkillər həmçinin müxtəlif kilsələri bəzəyirlər. Amma bu rəsmlərin heç biri dəqiq olaraq peyğəmbərə aid deyil. Heç "İncil”də də peyğəmbərin fiziki təsviri barədə bir söz yazılmayıb.
Ralf Ellisin sözlərinə görə, güman ki, İsa Peyğəmbər İzas adı altında hökmdarlıq edib. Çünki eyniylə o da yəhudilərin Roma əsarətindən çıxmasına çalışırdı. Və İzas da Nazaret şəhərindən idi.
Xəbər 876 dəfə oxunub.