İş vaxtını bu nazirlik müəyyən edəcək

İş vaxtını bu nazirlik müəyyən edəcək

Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müəyyən edəcək müvafiq icra hakimiyyəti orqanı məlum olub.
 
Bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərmanında əksini tapıb.
 
Fərmana əsasən, hər il dekabrın sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edəcək. (apa)
Xəbər 389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR