İş adamının baş dərisini soyan “qanuni oğru” tutuldu - VİDEO

İş adamının baş dərisini soyan “qanuni oğru” tutuldu -   VİDEO

Rusiya polisi federal axtarışda olan 50 yaşlı “qanuni oğru”nu tutub. 

Aktual.az qafqazinfo-yaistinadən xəbər verir ki, Şalva Çxenkelinin bir bağ evində gizləndiyi, az adamla ünsiyyət saxladığı və evi demək olar ki, tərk etmədiyi məlum olub. 

Qeyd edək ki, Şalva 2011-ci ildən ortağı “qanuni oğru” İqor Qlaznevin 2012-ci ildə məhkəmə hökmü ilə 12 il azadlıqdan məhrumetmə cəzası aldığı iş üzrə axtarışda olub.

Hər iki şəxs əlbir olaraq dükan sahibinin mülkiyyət hüququnu əlindən almaq üçün ona qarşı zorakılıq tətbiq ediblər. Baş dərisi soyulmuş sahibkar ağrının şokundan dünyasını dəyişmişdi. 

Çxenkalinin sözlərinə görə, bu vaxta qədər Ukraynada gizlənib və yaxınlarda Rusiyaya qayıdıb. Rusiyaya qayıtmağa cəsarət etməsini isə Daxili İşlər Nazirliyindəki bəzi adamlardan bu işin bağlanacağına dair vədlər alması ilə izah edib. 

 
Xəbər 765 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR