Güllələr ön şüşəyə dəyir.
SahibkarZülfüqar Əsədovun qatilinin görüntülərini Volqoqradda müşahidə kamerası qeydə alıb.
Kadrlarda 32 yaşlı sahibkarın “Lexus” avtomobilində evə getdiyi görünür. Maşın dayandıqdan sonra ona naməlum şəxs yaxınlaşır və tapançadan atəş açır.
Güllələr ön şüşəyə dəyir. “Lexus”un salonunda olan insanların qışqırıqları eşidilir.
İstintaqın versiyasına görə, sahibkar Zülfüqar Əsədovu sentyabrın 26-da axşam saatlarında qara geyimdə və qara maskada olan qatil öldürüb. Qatil iş adamının avtomobilini gözləyib.
O, əlbiri ilə ağ rəngli “Jiquli” avtomobilində hadisə yerindən qaçıb.\oxuaz
Aktual.az