İrəvanın hərbi təlimləri nədən xəbər verir?

İrəvanın hərbi təlimləri nədən xəbər verir?

Ermənistan son günlər apardığı hərbi təlimlərlə dünyaya vəziyyətin kritik olduğunu nümayiş etdirməyə çalışır.

Aktual.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Politoloqa görə, bu cür təlimlərin Dağlıq Qarabağ münaqişəsinə birbaşa aidiyyəti var:

“Ermənistanın sentyabrın 3-6-da Nubaraşen poliqonun ərazisində “İldırım-2015” (Şant-2015) kod adı altında həyata keçirdiyi təlimlər guya beynəlxalq normalara uyğun, əvvəlcədən planlaşdırılan qaydada aparılır və bunun Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsinə aidiyyəti yoxdur. Ermənilər hər yolla bunu inkar etməyə çalışırlar. Buna baxmayaraq, təxliyyə üçün əhalinin müvafiq yerlərə köçürülməsi məsələsi də təlimlərin planına daxildir. Bundan əvvəl isə Gümrüdəki 102 saylı Rusiya hərbi bazası  və İrabuni aeroportunda yerləşən 3624 saylı Rusiya hava qüvvələri bazasının da təlimləri oldu. Əlbəttə ki, bunun Dağlıq Qarabağ münaqişəsinə birbaşa aidiyyəti var”.

Politoloq hesab edir ki, Ermənistanın bu addımı Rusiyanın hərbi təlimlərinə diqqəti azaltmaq üçün növbəti blef, eyni zamanda, dünyaya vəziyyətin kritik olduğunu nümayiş etdirən bir göstərişdir:

“Bu taktikaya əl atan Sərkisyan Putinlə görüşdü və iqtisadi cəhətdən tənəzzülə uğramış bir ölkədə artan ictimai narazılıqların az da olsa qarşısını almaq üçün kömək aldı. Ancaq Rusiyanın Ermənistana ayrıdığı 200 milyon dollarlıq krediti ödəməyə nə imkanı, nə də marağı var. Əvəzində isə Ermənistana oradakı bazalarından silah ötürəcək. Rusiyaya bu gün müharibə sərf etmir. Bununla belə, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsünün qarşısını almağa çalışır və nüfuzunun artırılması üçün hər iki tərəfə təzyiqlər göstərir. Təəssüf ki, buna beynəlxalq qurumlar susur, ATƏT isə lazımsız bəyanatlarla kifayətlənir”.

Qeyd edək ki, Ermənistan bir müddət öncə İrəvanın “Nubaraşen” poliqonu ərazisində “İldırım-2015” kod adı altında komanda-qərargah təlimləri həyata keçirib.

Xəbər 762 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR