İrəvanı qorxuya salan Azərbaycan KƏŞFİYYATÇISI - Ermənistan mediasında FOTOLAR

İrəvanı qorxuya salan Azərbaycan KƏŞFİYYATÇISI - Ermənistan mediasında FOTOLAR

İrəvanı qorxuya salan Azərbaycan kəşfiyyatçısı  Ermənistan mediasında: "Onlar tir-tir əsirdi”

Ermənistan mediası Azərbaycanın xüsusi təyinatlı dəstənin baş leytenantı Ülfət Həsənovun erməni əsgərləri haqda dediyi sözləri dərc edib.

Aktual.Az xəbər verir ki, "hetaqrqir-lur” saytı Ü.Həsənovun "armenia.az” saytına açıqlamasında erməni əsgərlərin azərbaycanlı əsgərlərin qarşısında qorxaraq qaçdığı haqda dediklərini yayıb.

"Erməni əsgərlər bizim əsgərlərdən qorxurlar və tez-tez qabağımızdan qaçırlar. Onların bizimlə döyüşmək gücü yoxdur. Ordumuzla döyüşmək gücündə olmadıqları üçün əllərində yalnız dinc əhalini narahat etmək gəlir. Ordumuzun qarşısında isə sarsıntı keçirirlər”, - deyə Azərbaycan kəşfiyyatçısı vurğulayıb.

Ü.Həsənov qeyd edib ki, Azərbaycan Ordusu kifayət qədər güclüdür: "Biz düşməni tamamilə məhv etmək və torpaqlarımızı azad etmək gücündəyik. Bizdə ən müasir silahlar, avadanlıq, peşəkar kadr və mənəvi güc var”./Publika.az/

Qeyd edək ki, Ü.Həsənov iki il öncə cəbhədə yaralandığı üçün təqaüdə çıxıb.

Xəbər 16739 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR