Ermənistan tərəfi yaxın bir ay ərzində Azərbaycanla sülh müqaviləsi layihəsi və onun imzalanması üzərində intensiv işləməyə hazırdır.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
"Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmaq üçün yetərincə yetişib və Ermənistan tərəfi onun yaxın bir ay ərzində başa çatdırılması və imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazır olduğunu bildirir”, - məlumatda qeyd olunub.
Xəbər 512 dəfə oxunub.