Ermənistanın paytaxtı İrəvanda konstitusiya islahatlarının əleyhinə növbəti yürüş keçirilib.
Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yürüşdən əvvəl Azadlıq meydanında mitinq olub.
Ermənistan milli konqresinin parlament fraksiyasının katibi Aram Manukyan bildirib ki, növbəti aksiya dekabrın 3-də keçiriləcək.
Mitinq və yürüş insidentsiz başa çatıb.
Aktual.az