İrəvanda Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirmək istəyən əsgər anaları polis zorakılığı ilə üzləşiblər.
APA-nın "epress.am" saytına istinadən verdiyi məlumata görə, matəm geyimində əsgər analarını dəstəkləməyə gəlmiş keçmiş siyasi məhbus Vardqes Qaspari də polis zorakılığına məruz qalıb və eynəyi sındırılıb.
Bundan başqa, rəssam Ara Petrosyan da polisin təzyiqi ilə üzləşib. Onu qollarını buraraq aksiya keçirilən ərazidən uzaqlaşdırıblar.
Polislərin döydüyü İrina Qazaryanın isə halı pisləşib və hadisə yerinə təcili tibbi yardım çağırılıb.
Aktual.az