"İrəvanda baş verənlərin onda biri Bakıda olsaydı..." - PA rəsmisi


"İrəvanda baş verənlərin onda biri Bakıda olsaydı, bizim "qayğımızı çəkənlər” bir ay susmazdılar".

Virtualaz.org bildirir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Tvitter" səhifəsində bir neçə dəqiqə əvvəl yazıb. 

İrəvanda elektrik enerjisi qiymətinin bahalaşmasına qarşı keçirilən aksiyanı və buna beynəlxalq təşkilatların münasibət bildirməməsini şərh edən N.Məmmədovun fikrincə, bütün bunlar ikili standartlardan xəbər verir: "Amma indi "CNN", "BBC", "Guardian", "Independent", "Amnesty International", "HRW", "Freedom House" və digərləri görün necə susurlar. Bu, ikili standartın göstəricisidir. Çünki Ermənistan müsəlman ölkəsi deyil".

Aktual.az

 
Xəbər 843 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR