Avropa Birliyi (AB) Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə bundan sonra da öz töhfəsini verəcək.
Aktual.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar martın 6-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
Toivo Klaar Münhendə Prezident İlham Əliyevlə AB Şurasının Prezidentinin səmərəli görüşünü qeyd edib və AB-nin də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə bundan sonra da öz töhfəsini verəcəyini deyib.
Görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.
Xəbər 242 dəfə oxunub.