Ermənistan prezidenti may ayının 16-da Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan öz “Twitter” səhifəsində yazıb.
“Ermənistan Hökuməti təsdiqləyir ki, prezident Sarkisyan ATƏT-in Minsk qrupunun həmsdərlərinin təşəbbüsü ilə baş tutacaq görüşdə iştirak etmək üçün mayın 16-da Vyanaya səfər edəcək”, - deyə Balayan bildirib.
Qeyd edək ki, Rusiya KİV-nin yaydığı məlumata görə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan gələn həftə Avstriyanın paytaxtı Vyanada görüşəcək.
Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov, Jan-Mark Ero və ABŞ dövlət katibi Con Kerrinin də prezidentlərin görüşündə iştirak edəcəyi gözlənilir.