İrəvan Putini həbslə hədələdi – Kremlin cavabı...

İrəvan Putini həbslə hədələdi – Kremlin cavabı...
  • DÜNYA

Rusiya Vladimir Putinin Ermənistana mümkün səfərindən əvvəl BCM-yə qoşulmaqla bağlı erməni tərəfdaşlarından müəyyən təminatlara ehtiyac duyur.
Aktual.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Ermənistanın bu beynəlxalq nizamnaməyə qoşulması ilə bağlı yeni reallıq, əlbəttə ki, ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Təbii ki, burada erməni tərəfdaşlarımızdan müəyyən təminatlar almaq çox vacibdir. Bu məsələ hələ də ikitərəfli dialoq çərçivəsində həllini tapmayıb və biz bunun həllinə yönəlmişik”, - o bildirib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Paşinyan Britaniyanın "Teleqraf” qəzetinə müsahibəsində bildirmişdi ki, Putinin İrəvana gələrkən həbs olunmayacağına təminat verə bilməz.
Xəbər 202 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR