İrəvan müharibəyə hazırlaşır - Erməni general: "Əmr almışıq!"

İrəvan müharibəyə hazırlaşır - Erməni general:

"Ermənistanın suveren sərhədlərinin bərpası ilə bağlı aydın və konkret əmr var".

Aktual.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu sentyabrın 29-da Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan Qeqarkunik vilayətinin Kut kəndində Ermənistanda akkreditə olunmuş səfirlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrin vəzifəsi Ali Baş Komandanın əmrini yerinə yetirməkdir.

Arakel Martikyanın açıqlamasından belə məlum olur ki, Ermənistan Azərbaycan ordusunu sərhəddə əvvəlki mövqelərə qaytarmaq üçün hücuma hazırlaşır.

Qeyd edək ki, hakim "Mülki müqavilə” fraksiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri Andranik Köçəryan bugünkü açılqlamasında bildirib ki, Ermənistan bütün mümkün ölkələrdə ehtiyaclarını ödəyə biləcək silahlar axtarır. 

Xatırladaq ki, Ermənistan-Azərbaycan sərhəddində son insident sentyabrın 28-də baş verib. Ermənistan hərbi birləşmələri Kəlbəcər istiqamətində təxribata əl atıb. Nəticədə Azərbaycan tərəfi düşmənə layiqli cavab verib. Bu insident zamanı Azərbaycan tərəfdən bir əsgər yaralanıb. Ermənistanın isə 3 hərbi qulluqçusu ölüb.


Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR