İrəvan KTMT təlimlərinin Ermənistanda keçirilməsini məqsədəuyğun hesab etmir.
Aktual.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, bu məsələdə müəyyən anlaşılmazlıq var, çünki Ermənistanın müdafiə naziri artıq KTMT-nin Birgə Qərargahına məlumat verib ki, erməni tərəfi bu il Ermənistanda təlimlərin keçirilməsini məqsədəuyğun hesab etmir:
"Bu təlimlər baş tutmayacaq”.
Qeyd edək ki, KTMT-nin "Sarsılmaz qardaşlıq-2023” sülhməramlı təlimlərinin bu il Ermənistanda keçiriləcəyi bildirilmişdi.
Xəbər 170 dəfə oxunub.