Ermənistan Silahlı Qüvvələri Yunanıstanda keçirilən "Olimpiya əməkdaşlığı 24” təlimlərində iştirak edir.
Aktual.az xəbər verir ki, bu sözləri Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekottini X səhifəsində yazıb.
"Fransa və Ermənistan orduları digər 7 ölkənin qüvvələri ilə birlikdə Yunanıstanda təşkil olunan "Olimpiya əməkdaşlığı 24” təlimlərində iştirak edir”, - o bildirib.
Qeyd edək ki, Ermənistan üzvü olduğu KTMT-nin heç bir təliminə qatılmır.
Xəbər 51 dəfə oxunub.