Ermənistan Müdafiə Nazirliyinin mərkəzi klinik hospitalında aprelin 21-nə olan məlumata görə, 53 erməni hərbçisi müalicə alır.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.
Hospitalın rəisi Aram Asaturyanın sözlərinə görə, onlardan beşinin vəziyyəti ağırdır. Digər hərbçilərin vəziyyətinin isə qənaətbəxş olduğu vurğulanır.
Qeyd edək ki, 2-5 aprel günlərində Azərbaycan Ermənistan təmas xəttində aparılan hərbi əməliyyatlar zamanı Ermənistan ordusu 322 nəfər əsgər və zabit itirib, 500-dən çox yaralı və 50-dən çox itkin var.