İrəvan da sərhəddə görüşə razıdır? - 3 təklif

İrəvan da sərhəddə görüşə razıdır? - 3 təklif

Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün noyabrın 21-də münasibətlərin tənzimlənməsinə dair sazişin altıncı təklifini Bakıya çatdırıb.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Danışıqlar prosesinin dalana dirənməsinin qarşısını almaq üçün Ermənistan sazişlə bağlı fikirlərini konstruktiv şəkildə çatdırdı və əvvəlki kimi, aşağıdakıları rəhbər tutaraq danışıqları bərpa etməyə hazır olduğunu dəfələrlə nümayiş etdirdi:
- heç bir qeyri-müəyyənlik olmadan bir-birinin ərazi bütövlüyünə qarşılıqlı tanınması hörmət,
- Almatı Bəyannaməsi və ən son qanuni Sovet xəritələri əsasında növbəti demarkasiyanın həyata keçirilməsi,
- dövlətlərin suverenliyinə və yurisdiksiyasına, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında regionda infrastrukturun açılması”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Ermənistan mediası bu məlumatı "Ermənistan Azərbaycana sərhəddə görüş keçirmək təklifi ilə çıxış etdi” başlığı ilə paylaşıb.
Xatırladaq ki, Azərbaycan XİN Ermənistana sərhəddə görüş keçirməyi rəsmən təklif edib.
Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR