Ermənistan Azərbaycanın Laçında sərhəd-buraxılış məntəqəsi qurmasına görə ikinci dəfə BMT-nin beynəlxalq məhkəməsinə müraciət edib.
Aktual.az xəbər verir ki, bunu Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yegişe Kirakosyan deyib.
"Sərhəd-buraxılış məntəqəsinin qoyulmasından sonra ikinci dəfə BMT-nin beynəlxalq məhkəməsinə müraciət etdik. İrəvan ümid edir ki, Haaqa iddiamızla bağlı yekun qərar qəbul olunana qədər Laçın dəhlizində maneəsiz hərəkət tələbi ilə Bakıya qarşı müvəqqəti tədbir görəcək”, - Kirakosyan bildirib.
Xəbər 157 dəfə oxunub.