Ermənistan BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsindən narahatlığını gizlətməyib.
Aktual.az azvision.az-a istinadən bildirir ki, bununla bağlı Ermənistanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda vurğulanır ki, Ermənistan Bakıda keçiriləcək forumu qəbul etmir və tədbirin yekunlarına dair qətnaməyə qoşulmur.
Qeyd edək ki, 25-27 aprel tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Forumda bir sıra dövlət və hökumət başçılarının iştirak edəcəyi gözlənilir.
Sözsüz ki, Bakıda mötəbər tədbirin keçirilməsi Ermənistanda qıcıq yaratmaya bilməzdi. Odur ki İrəvan çirkin xislətini bu dəfə də gizlətmədi.