İrəvanın “Zvartnots” aeroportunda terrorçu saxlanılıb.
Aktual.az-ın ans press-ə istinadən məlumatına görə, bu barədə Rusiyanın RİA-Novosti agentliyi məlumat yayıb.
Polisin yaydığı məlumata görə, saxlanılan Bəhreyn vətəndaşı terrorçuluqda təqsirləndirilir.
“Saxlanılan şəxs öz vətənində qətlə cəhddə, partlayıcı maddələrin qanunsuz dövriyyəsində, terrorçuluqda və kütləvi itaətsizlik tədbirlərinin təşkilində təqsirləndirilir”, - deyə yayılan məlumatda bildirilib.
Saxlanılan şəxs İrəvan polisinin təcridxanasına aparılıb. Həmçinin onun saxlanılması ilə bağlı Baş Prokurorluğa və İnterpolun Ermənistan bürosuna məlumat verilib.
Tutulan terrorçunun İŞİD-lə əlaqəsinin olması istisna edilmir. Çünki Bəhreyndən İŞİD terror təşkilatına kifayət qədər insan qoşulub. Bəhreynli terrorçuların bəziləri Türkiyə - Suriya sərhədində saxlanılıb. Hətta bəzi mənbələr Bəhreyn hakimiyyətinin terrorçulara 12 milyon dollar maliyyə yardımı göstərdiyini bildirir Bəhreyn vətəndaşlarının adı dünyada baş verən bəzi terror hadisələrində hallanır.
Aktual.az