Məşhur türkiyəli müğənni, 38 yaşlı İrəm Derici narkotik istifadəsini təşviq ittihamı ilə İstanbulda, Şişlidəki evində saxlanılıb.
Aktual.az xəbər verir ki, bu barədə məlumatı İstanbul Baş Prokurorluğu yayıb.
Bundan başqa, məşhur müğənnilər - Hadisə, Simge Sağın, Ziynət Sali, aktrisalar - Özge Özpirinçci, Berrak Tüzünataç, Demet Evqar, Ceren Moray Orcan, Zeynəb Meriç Aral Kəskin, Birce Akalay, aktyorlar - Kaan Yıldırım, Mərd Yazıcıoğlu, Kubilay Aka, Mətin Akdülgər, məşhur fenomenlər - Dilan Polad, Engin Polad, Duyğu Özaslan Mutaf, tanınmış vəkil Feyza Altun, eyni zamanda tanınmış aparıcı Dəfnə Samyelinin qızları - Deren və Derin Talu narkotikdən istifadəni təşviq etmək ittihamı ilə aparılan istintaq çərçivəsində saxlanılıblar.
Xəbər 45 dəfə oxunub.