İraq təhlükəsizlik qüvvələri ölkənin qərbindəki Ənbar vilayətinin mərkəzi Ramadi şəhərində daha bir bölgəni İŞİD-dən təmizləyib.
Aktual.az axar.az-a istinadən bildirir ki, İraq Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Hamidiyə bölgəsi uğrunda gedən döyüşlərdə terrorçular onlarla itki verib.
Şiddətli qarşıdurmalarda İraq ordusunun 3 hərbçisi həlak olub, 5 nəfər isə yaralanıb.