İraqda 6 azərbaycanlı qadın ömürlük azadlıqdan məhrum edilib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Al Quds Al Arabi" məlumat yayıb.
Məlumatda bildirilir ki, aprelin 29-da Bağdad Mərkəzi Cinayət Məhkəməsində İŞİD terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunan 29 xarici vətəndaşın işinə baxılıb. Qadınlar iclasa uşaqları ilə birlikdə gəliblər. Azərbaycanlılarla yanaşı, 19 Rusiya vətəndaşı və 4 Tacikistan vətəndaşı ömürlük azadlıqdan məhrum edilib.
Məhkəmədə qadınlar öz istəkləri ilə deyil, terror təşkilatına qoşulmuş həyat yoldaşları tərəfindən İraqa gətirildiklərini deyiblər. Onlar Telafer şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı peşmərgəyə təslim olublar.